Saytımız xoşunuza gəlirmi?
Normal
Bəli
Xeyr
Bilmirəm




Adıniz
E-mailiniz
Mesajınız

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur.

Öz fəaliyyətinin əvvəlində cəmi iki ağacdan düzəldilmiş körpüsü və azsaylı dokerləri olan Liman, keçən bir əsrdən artıq dövr ərzində daim inkişaf edərək Azərbaycanın əsas dəniz qapısına çevrilmiş və trans-Xəzər ticarətində mühüm rol oynayır.

Liman bütün il ərzində fəaliyyət göstərir və Avropa ilə Asiya arasındakı ticarətə böyük təkan verən, TARİXİ İPƏK YOLUNUN BƏRPASI olan TRACECA layihəsində körpü rolunu oynayır.

Aprel ayından noyabr ayınadək, Rusiyanın daxili su yollarında naviqasiya açıq olanda gəmilər Qərbi Avropa və Qara Dəniz limanlarından Bakı limanına birbaşa reyslər edə bilərlər.

Son on ildə Trans-Xəzər neft daşımalarının və neft avadanlığının Azərbaycana idxalının əhəmiyyətli dərəcədə artması fonunda Limanın bir nəqliyyat qovşağı kimi əhəmiyyəti daha da artmışdır.
Liman müştərilərə aşağıdakı xidmətlərigöstərir:
  • Quru və maye yüklərin aşırılması
  • Qablaşdırılmış, dənə-ədəd və layihə yüklərinin aşırılması
  • Konteynerlərin aşırılması(o cümlədən içərisisindəki yüklərin boşaldılıb yüklənməsi)
  • Yüklərin saxlanması

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Əsas Yük Terminalından, Konteyner Terminalından, Dübəndi Neft Terminalından, Bərə Terminalından və Sərnişin Terminalından ibarətdir.






.::Hava::.



Bakı Dəniz Limanı Terminallarının bərpası

© All rights reserved.
2003 Design & Hosting Hosting by NUR Design